Ulduz aktyor ölümdən döndü (FOTO)

Məşhur aktyor Tom Kruz film çəkilişləri zamanı ölümdən dönüb.

ANS PRESS-in məlumatına görə, “Cek Ricer: Heç vaxt qayıtma” filminin çəkilişlərində yanğın baş verib. 53 yaşlı amerikalı aktyor Tom Kruz yanma təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə Daily Mirror yazıb. Film çəkilişləri zamanı yük maşını yanıb.

Yanğın zamanı ulduz aktyor yaxınlıqda olub. Yorğunluğunu çıxarmaq istəyən aktyor istirahət məqsədilə yük maşınına tərəf gedib. Xoşbəxtlikdən yük maşını tez yanıb və aktyor xəsərət almayıb.

Tom Kruz – “Çek Ricer- Heç vaxt qayıtma” filmində

Film çəkilişləri zamanı aktyor və dubyorlar dəfələrlə həyatlarını təhlükəyə atırlar, bəzən isə bu ölümlə nəticələnir. “Qara Cəngavər” filmində (The Dark Knight) tryuk çəkilişləri zamanı avtomobilin döngəyə girməməsi və yüksək sürətlə ağaca çırpılması nəticəsində operator Konvoy Uikliff həlak olub.

“Alatoranlıq sahə” filmində isə Vyetnam döyüşləri səhnəsinin çəkilişləri zamanı təyyarənin pilotu idarəetməni itirir və yerə çırpılır. Nəticədə 3 aktyor Vika Morrou, 7 yaşlı Mu-Sa Din Li və 6 yaşlı Rene Şin Yi həlak olur.

Kişi və uşaqlardan birinin başı vintli bıçaqla kəsilir. Bu məsələyə görə, filmin rejissoru məsuliyyətə cəlb olunur. Lakin hakimlər kadra baxdıqdan sonra onu təqsirsiz elan edirlər.

Tom Kruz ailədə üçüncü uşaqdır. O uşaqlığını ailəsi ilə birlikdə Kanadada keçirib. 12 yaşında olan zaman valideynləri ayrılıb. Onun atası xərçəngdən ölmüb və ondan sonra Tom Kruz ABŞ-a köçür. O 19 yaşında yəni 1981-ci ildə “Sonsuz Sevgi” adlı filmi ilə karyerasına başlayıb. Tom Kruzun ilk baş rolda çəkildiyi film 1983-cü ildə çəkilib. Bu, “Təhlükəli Biznes” filmidir. …read more

From:: ANS