Paytaxtda sakin ölümdən döndü

Bakıda bir nəfər binanın üzərinə çıxaraq özünü atmaq istəyib.

ANS PRESS-in məlumatına görə, bu barədə aparıcı Əzizə İsmayılova sosial şəbəkədəki şəxsi hesabında paylaşıb.

Aparıcı yazıb ki, özünü atmaq istəyən şəxs 9 cu mikrorayonda Zərifə Əliyeva adına göz xəstəxanasının yanında, zeytun bağının işərisində tikilmiş binanin sahiblərindən biridir. Binanə sökmək istəyirlər. Hal hazırda Fövqəladə Hallar Nazirliyi və təcili yardım xəstəxanasının əməkdaşlarının hamısı ərazidədir. Təxminən 30-a yaxın da polis var.

Əzizə İsmayılovanın “facebook” statusu

Məsələ ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən isə bildirdilər ki, özünü atmaq istəyən şəxslə aparılan danışıqlar nəticəsində o, fikrindən daşınaraq intihar etmək fikrindən danışıb.

Adı və soyadı hələlik məlum olmayan şəxs binanın damından düşürülərək polis əməkdaşlarına təhvil verilib. Onun hansı səbəbdən bu yola əl atdığı hələlik məlum deyil.

Məsələ ilə bağlı FHN də məlumat yayıb. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 16:14-də başa çatıb.

Hadisə yerindən fotolar …read more

From:: ANS