Bakıda traktorla dənizə girdilər

Bakıda qəribə hadisə. Paytaxt sakini soyuq payz günü dənizə girib. Maraqlısı isə odur ki, o dənizə traktorla girib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qəribə hadisə Bakı şəhəri, Sabunçu rayonunda baş verib. 1 nəfər (sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m solda, nəzarətsiz ərazidə) traktorla dənizə girib. Lakin suyun dərinliyi cox olduğundan geriyə quru əraziyə çıxa bilməyib.

Boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 05:15-də başa çatıb.

Adı açıqlanmayan şəxsin nə məqsədlə dənizə girdiyi açıqlanmayıb.

Bundan başqa Bakıda bir gündə üç dəfə FHN xilasediciləri dağıalan civəni təmizləyiblər. Hər üç halda – Yasamal, Nərimanov, Suraxanları rayonlarında mənzillərdə termometr sınaraq civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib.

Dağılan civə …read more

From:: ANS