Avropanın ən qədim ölkələrindən biri (FOTO)

San-Marino İtaliya ərazisində yerləşən balaca müstəqil respublikadır.

ANS PRESS-in məlumatına görə, San-Marinonun 31 mindən çox əhalisi və 10 böyük şəhəri var. Ölkə ərazisinə görə çox kiçik olsa da, qeyri-adiliyi ilə turistləri heyran edir. Paytaxtı San-Marino şəhəridir. Dövlət dili italyan dili, dini isə əsasən katolikdir.

San-Marino Avropanın ən qədim ölkələrindən biri hesab olunur. Ərazisi doqquz vilayətə bölünür ki, bunlar da kastelli adlanır. Kastelli italyan dilindən tərcümədə qala deməkdir. Ölkənin ümumi sahəsi 60, 57 kvadrat kilometrdir.

San-Marino paytaxt olsa da, respublikanın ən böyük şəhəri Serravalledir. Hər il sentyabrın 3-də San-Marinonun sakinləri Müqəddəs Marinonun bayramını və Respublikanın yaranma gününü qeyd edirlər. Əhali qonaqpərvərliyi ilə seçilir və hər zaman turistləri gülərüzlə qarşılayır.

Kastelli qalası

Tarixi
San-Marino şəhərinin tarixi Müqəddəs Marino haqqında əfsanə ilə bağlıdır. 298-300-cü illərdə o, mənzərəli Dalmasiyada (hazırda Xorvatiyanın Qul adası) dini təqiblərə məruz qalır. Onlardan qaçmaq üçün Rimini şəhərinə üz tutur. Burada Marino daşyonan kimi çalışır və ilk dəfə Titano dağında daş karxanası aşkar edir. Həmin yerdə özünə kiçik hücrə tikir. Marinonun sürdüyü pak həyatdan hər kəs xəbər tutur və bir çox insan buraya köçüb onun hücrəsi ətrafında evlər tikməyə başlayır. Beləliklə, tez bir zamanda həmin yerdə balaca dağlıq monastır əmələ gəlir.

Monastırı Müqəddəs Marino, yəni San-Marino adlandırırlar. VI əsrin sonunda şəhər siyasi müstəqillik qazanır. 1922-1943-cü illərdə San-Marinoda bütün İtaliyada olduğu kimi faşist diktaturası hökmranlıq edir. San-Marino hər zaman neytral mövqe saxlayıb. O, yeganə şəhərdir ki, bir dəfə də olsun işğal edilməyib.

Kastelli qalası

Mətbəxi
San-Marino mətbəxinin heç bir özəlliyi yoxdur. Burada əsasən italyan xörəkləri üstünlük təşkil edir: populyar tortellini, pasatelli (bulyon), talyatelle, lazanya, ravioli, kanelloni, pastalardan isə strozapetti, kapeletti-in-brodo və s. Həmçinin şirik şüyüdlə qızardılmış dovşan əti, ədviyyatlı toyuq əti, eskalopa və müxtəlif kotletlər: bolonyeza kotletləri, mutfuls. Desert üçün isə San Marino piroqu və kaçyatello (karamel) şirnisi. Masada həmişə pyada (lavaşa oxşayan çörək), ənənəvi polenta və müxtəlif pendirlər olur. Nadir hallarda kotiş-di-kon-i-facioli şorbasına rast gəlmək …read more

From:: ANS