Rusiyadan Qarabağ etirafı

“Dağlıq Qarabağ münaqişəsi 30 ildir həll olunmur. Bu münaqişə postsovet məkanında ən uzun sürən münaqişədir”.

ANS PRESS-in məlumatına görə, bunu İrəvanda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni etdiyini deyən Matviyenko münaqişənin nizamlanması məsələsində Rusiyanın mövqeyinin çoxdan bilindiyi bəyan edib.

“Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi həm Azərbaycan, həm də Ermənistana istər iqtisadi, istər sosial, istərsə də humanitar baxımdan müsbət heç nə vermir. Əsas məsələ isə bundan ibarətdir ki, bu münaqişə Cənubi Qafqazda daim gərginlik ocağı olaraq qalmaqdadır. Təəssüf ki, münaqişə çox uzanıb. Amma məsələ yalnız dinc yolla, diplomatik kanallarla, güc tətbiq etmədən həll edilməlidir. Münaqişənin həllində yalnız Azərbaycan və Ermənistan deyil, bütün region maraqlıdır”, deyə Matviyenko bildirib.

Valentina Matviyenko – Rusiya Federasiya Şurasının sədri

Rusiya son aylar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez açıqlama verib. Bundan əvvəl sentyabr ayında Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rusiya vasitəçi ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşması üçün əlindən gələni edəcək.

“Rusiya nizamlama prosesinə fəal şəkildə cəlb olunub və biz, mən deyərdim ki, bu sülh prosesinin çox məsuliyyətli iştirakçılarıyıq. Buna görə də əlimizdən gələni edirik və edəcəyik ki, münaqişənin həlli tez bir zamanda yaxınlaşsın”, deyə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib.

Mariya Zaxarova avqust ayının 27-də də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama vermişdi. O, bildirmişdi ki. Qərb və Rusiya arasında olan fikir ayrılıqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun işinə təsir etməməlidir.

Mariya Zaxarova – Rusiya XİN nümayəndəsi

“Ümid edirəm ki, Rusiya ilə digər ölkələr arasında yaranan fikir ayrılığı ucbatından ATƏT-in Minsk qrupunun işinə təsir etməyəcək. Çünki Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür”, – deyə Zaxarova bildirib.

Həmçinin oxuyun: Rusiya XİN: “Münaqişə ilə bağlı Moskva tərəfindən heç bir problem ola bilməz”

XİN rəsmisi onu da əlavə edib ki, Dağlıq …read more

From:: ANS