“Azərsu” ASC-dən ağır qəza ilə bağlı açıqlama (VİDEO, FOTO)

Bu gün Ələt – Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəran rayonunun Şilavar kənd sakini Fətulla Abdulovun idarə etdiyi 90-MZ-590 nömrə nişanlı “Mercedes” avtomobili Lənkəran şəhər sakini Arzuman Bəşirovun idarə etdiyi 90-JU-681 nömrə nişanlı “Ford” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mersedes” yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Ağır xəsarət alan “Mercedes” sürücüsü Fətulla Abdulov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bəşirovun idarə etdiyi 90-JU-681 nömrə nişanlı “Ford” markalı yük maşını Azərsu”ya aiddir. Faktla bağlı araşdırmalar aparılır. Hadisənin səbəbləri avtoekspertizanın nəticəsindən sonra müəyyənləşəcək.

Qəza ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ANS PRESS-ə açıqlamasında bildirdi ki, faktla bağlı hadisə yerində araşdırma aparılır: “Sürücümüz yüngül xəsarətlər alıb. Hadisənin dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra tam müəyyənləşəcək. Hadisəni diqqətdə saxlayırıq”.

Hadisə baş verən ərazi xəritədə …read more

From:: ANS