Goranboyda 30 illik civə alverçiləri tutuldu

Goranboyda civə alveri ilə məşğul olan şəxslər saxlanılıb.

ANS PRESS-in məlumatına görə, 3 kq-a yaxın civə rayonun Qızılhacılı qəsəbəsində Vüqar Novruzova məxsus avtomobildə aşkar edilib. Vüqar Novruzov şüşə qabın içərisində olan civəni satmaq istəyərkən polislər tərəfindən yaxalanıb. Civə alveri ilə məşğul olanlar onu təqribən 20000 manata satmaq istəyiblər.

Saxlanılan şəxslərdən götürülən civə

Araşdırma zamanı məlum olub ki, Şəki şəhərində anadan olmuş Vüqar Novruzov civəni sevgilisinin atası olan Yevlaxın Aran qəsəbəsinin sakini Əkbər Nəcəfovdan alıb. Əkbər Nəcəfovun sözlərinə görə, civə hələ 1985-ci ildən onda olub. Hətta əvvəllər onu tanışı vasitəsi ilə İran İslam Respublikasında satmağa da çalışıb.

Əkbər Nəcəfov – qanunsuz civə alveri ilə məşğul olan şəxs

“O vaxtları elə bir alver gedirdi. Onda bir oğlan var idi gətirdim ona göstərdim. Mənə dedi ki, bu satışa yaramır. Bİzə qırmızı lazımdır. Bu heç ağ da deyil, alüminium tozuna oxşayır” – deyə Əkbər Nəcəfov bildirib.Vüqar Novruzov ifadəsi zamanı civəni satmaq üçün bir nəfər tanışı ilə 1 kq-nı 7 min manata sövdələşdiyini etiraf edib.

Civə alverçiləri tutulub

Müstəntiq Zülfüqar Süleymanov ANS PRESS-ə bildirib ki, saxlanılan Vüqar Novruzova məxsus VAZ-21074 markalı avtomobilə baxış keçirilib. Həmin avtomobildən bir ədəd şüşə bankanın içərisində olan civə aşkar edilərək götürülüb. Hazırda Goranboy rayon polis şöbəsində digər şəxslərin də civə alverində əli ola biləcəyi ehtimalı araşdırılır. …read more

From:: ANS