Mərkəzi Bankdan kredit açıqlaması

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları sentyabr ayında 271,2 milyon dollar azalaraq 7 milyard 44,2 milyon dollara düşüb. Bu, 3,71 faiz azalma deməkdir.

ANS PRESS-in məlumatına görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7 milyard 998,2 milyon dollar və ya 53,17 faiz azalma deməkdir.

AMB-nin valyuta ehtiyatlarındakı azalmaya baxmayaraq, bankın açıqladığı son məlumatlarda problemli kreditlərin məbləğində artım müşahidə edilib.

Bildirilib ki, sentyabr ayı ərzində vaxtı keçmiş kreditlərin ümumi məbləği təxminən 1 milyard 354 milyon manat olub. Bunun 911 milyon manatı milli valyuta – manatla, təxminən 443 milyon manatı isə xarici valyutada olan kreditlərdir.

2015-ci ildə vaxtı keçmiş kreditlərin milli və xarici valyutaya görə bölgüsü
Mənbə: Azərbaycan Mərkəzi Bankı

Eyni zamanda problemli kreditlərin 2015-ci ilin ayları üzrə müqayisəsini apardıqda rəqəmin artdığı da aydın görünür.

AMB-nin məlumatına görə, 2015-ci ilin 9 ayı ərzində vaxtı keçmiş kreditlərin məbləğində yalnız bir dəfə – iyul ayında azalma müşahidə edilib. Qalan bütün 8 ayda gecikdirilən kreditlərin məbləği artıb.

2015-ci ilin son 5 ayında problemli kreditlərin məbləği (milyon manatla)
Mənbə: Azərbaycan Mərkəzi Bankı

Yerli bankların birində kredit mütəxəssisi kimi fəaliyyət göstərən Cavid Kərimovun sözlərinə görə, problemli kreditlərin artması makroiqtisadi göstəricilərə dayanır.

“Neftin qiymətinin yüksək olduğu vaxtda ölkəyə güclü valyuta axını var idi. Həmin dövrdə bizim qızıl ehtiyatımız artır, manat möhkəmlənir, inflyasiya səviyyəsi aşağı düşürdü, müəyyən vaxtdan bir əməkhaqları artırılırdı. Ölkədə maliyyə problemləri olmurdu. Həmin dövrdə həm hüquqi, həm fiziki şəxslər kreditlər götürmüşdülər”, – deyən Cavid Qurbanov neftin qiyməti aşağı düşəndə vəziyyətin dəyişdiyini bildirib.

Neftin qiymətinin aşağı düşməsi həm müəssisələrin fəaliyyətinə, həm də insanların yaşayışına təsir etdi. Gəlir, mənfəət azaldığı üçün müəssisələr müəyyən layihələri dayandırdı, bəzi xərcləri azaltdı, eyni zamanda müxtəlif şirkətlərdə işçilər içərisində ixtisar aparılmağa başladı. Təbii ki, bütün bunlar ödəmə qabiliyyətinin də zəifləməsinə, beləliklə, problemli kreditlərin artmasına səbəb oldu.

Mütəxəssisin sözlərinə görə belə olan halda heç bir tərəfin zərər görməyəcəyi çıxış yolu tapmaq lazımdır. “Bank sistemi elə qurulub ki, verilən pul geri qaytarılmalıdır. Lakin fiziki …read more

From:: ANS