Putin İrəvanı qorxutdu

Rusiya prezidenti Vladimir Putinin bu gün canlı yayılan mətbuat konfransında Türkiyəni tərifləməsi Ermənistan KİV-lərini ciddi narahat edib.

ANS PRESS-in məlumatına görə, hakimiyyət yönümlü media quruluşları xəbəri susqunluqla qarşılasalar da, müstəqil KİV-lər bir neçə saatdan sonra müəyyən şərhlərlə xəbəri dərc etdilər.

Amma xəbərə qoyulan başlıqlarda ermənilərin ciddi narahat olduğu açıqja hiss edilirdi. Məsələn, Ermənistanın “Lragir” portalı xəbəri aşağıdakı başlıqla verib: “Putin etiraf etdi ki, Rusiya Türkiyəsiz yaşaya bilməz”.

Vladimir Putin mətbuat konfransında Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təriflədi. Rusiyalı lider Ərdoğanın cəsur bir şəxsiyyət olduğunu deyib. Putin “Cihan” agentliyinin jurnalistini ə özü şəxsən təqdim edib. O, agentliyin əməkdaşı Fuad Səfərovu sualını səsləndirmək üçün dəvət edib.

Jurnalist Türkiyə ilə Rusiya arasında əlaqələrin gələcəkdə necə inkişaf edəcəyi barədə sual ünvanlayıb. Putin Ərdoğana bəzi layihələri nümayişkəranə şəkildə elan etməməyi təklif etdiyini deyib. “Amma o möhkəm kişidir. O, düşündü və dedi ki, yox danışacağıq”.
V. Putin qeyd edib ki, Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil.

Rusiya lideri qeyd edib ki, indi avropalı bürokratlarda Türkiyəyə getməyə başlaması maraqlıdır və görünür onlar Türkiyəni Rusiyaya qarşı sanksiyalara inandırmağa çalışıblar. “Amma Türkiyə müstəqil ölkədir. Bunun üçün də o belə təzyiqlərə cəhdlərlə mübarizə apara bilər. Rusiya ilə Türkiyənin ortaq maraqları çoxdur. Buna görə də iki ölkənin əməkdaşlığı fəal şəkildə inkişaf edəcək”. …read more

From:: ANS