Neft üzümüzü güldürəcək

Dünya bazarında neftin qiymətinin əvvəldən proqnozlaşdırılmış səviyyəyə qalxa bilməməsi gələn ilin Azərbaycan büdcəsi üçün indidən həyəcan təbili çalmaağa əsas verir.

ANS PRESS-in məlumatına görə, gələn ilki büdcədə neftin qiyməti barrel üzrə 50 dollardan götürülüb. Amma hələ ki, neftin qiyməti bu həddən aşağıda cərəyan edir. Hətta noyabrın 1-də müşahidə edilən 1,56%-lik bahalaşmaya baxmayaraq Brent markalı neft belə 50 dollarlıq psixoloji həddi keçə bilmədi və barrel üçün 49,50 dollar ətrafında dəyişdi. Texas neftinin qiyməti isə barrel üzrə 46,50 dollar oldu.

2015-ci ildə Brent neftinin qiymət dəyişməsi

Halbuki, bir neçə ay öncə ABŞ-ın “JP Morgan” bankının analitikləri 2015-ci ilin dördüncü rübü üçün neftin orta qiymətinin barrel üzrə 67 dollar olacağını proqnozlaşdırmışdılar. Göründüyü kimi, real göstəricilər proqnozlardan 20 dollara qədər geri qalır.

“JP Morgan” bankının neftin qiyməti ilə bağlı yazda açıqladığı proqnoz

ABŞ Energetika Nazirliyi tərəfindən bazarı stimullaşdırılması baxımından yayılan xəbərlərə baxmayaraq neftin qiyməti 50 dolları keçə bilmir. İnstitutun məlumatına görə, ötən həftə bu ölkənin işlək neft quyularının sayı 16 ədəd və ya 2,7% azalaraq 578-ə düşüb. 2014-cü ilin sonunda isə ABŞ-da işlək neft quyularının sayı 1610 olub.

Göründüyü kimi, neft quyularının bu qədər kəskin azalması vəziyyətə təsir göstərə bilməyib. BP-nin Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Drebentsev bunu son illərdə qazma qurğularının, xüsusilə də şist nefti hasil edən qazma qurğularının məhsuldarlığının artması ilə izah edib. “2007-ci ildən bu yana ABŞ-da qazma qurğularının orta məhsuldarlığı 7 dəfə artıb. Ona görə də aşağı məhsuldarlıqlı qazma qurğularının işini dayandırması vəziyyətə təsir göstərə bildir”,- deyə Vladimir Drebentsev Bakıda ANS PRESS əməkdaşının da iştirak etdiyi görüşdə bildirib.

Vladimir Drebentsev – BP-nin Rusiya və MDB üzrə baş iqtisadçısı

BP əməkdaşı həm də son zamanlar neft hasilatının artımının, neft istehlakının artımını üstələdiyini bildirir. Onun sözlərinə görə, 2014-cü ildə günlük neft hasilatı 2,3 milyon barrel artıbsa, neft istehlakı cəmi 0,8 milyon barrelə artıb. …read more

From:: ANS