“Baku-Bus” daha bir avtobusu işə saldı (CƏDVƏL)

Bakıda yeni marşurut xətti istifadəyə verildi. ANS PRESS-in məlumatına görə, “Baku-Bus” MMC-nin 14 saylı marşrut avtobusu iki gün test rejimində işlədikdən sonra, 02.11.2015 tarixindən tam olaraq fəaliyyətə başlayıb.

14 saylı marşrut avtobusunun hərəkət cədvəli belədir:
“20 yanvar” metro st., Milli onkologiya mərkəzi, Topçubaşov adına klinika, “İnşaatçılar” metro st., Yasamal rayon telefon qovşağı, Şərifzadə küçəsi, ASAN xidmət, Ə.Haqverdiyev küçəsi, Dənizçilər xəstəxanası, Mədəniyyət və İncəsənət universiteti, İzmir bağı, Cəfər Cabbarlı küçəsi, Tibb universitetinin kafedrası, “Nizami” metro st., Akademik Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank, Səməd Vurğun bağı, Nobel pr., Asan xidmət, “Xətai” metro stansiyası

Əks istiqamətdə
“Xətai” metro stansiyası, Afiyəddin Cəlilov küçəsi, Cavanşir körpüsü, Səməd Vurğun bağı, “28 may” metro st., Mərkəzi bank, Heydər Əliyev Sarayı, Qış parkı, Xarici İşlər Nazirliyi, Z.Əhmədbəyov küçəsi, Caspian plaza, İzmir bağı, Dövlət Statistika Komitəsi, Mədəniyyət və İncəsənət universiteti, Ə.Haqverdiyev küçəsi, Yasamal rayon telefon qovşağı, “İnşaatçılar” metro st., Topçubaşov adına klinika, 2 saylı tibb kolleci, İctimai Tv, “20 yanvar” metro st.

“BakuBus” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımalarının yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub.
Həmin avtobuslar Bakıya ilk dəfə Avropa Oyunları üçün gətirilib.

“BakuBus” avtobusları 6 istiqamətdə fəaliyyət göstərir – 1,2,5,6,8 və H1 (Hava limanı istiqaməti).

Avtobus xətlərinin hərəkət istiqaməti …read more

From:: ANS