Messi komandasına kömək edə bilməyəcək

“Barselona” klubunun ulduz futbolçusu Lionel Messi İspaniya La liqasının 12-ci turu çərçivəsində Madridin “Real” klubu ilə oyunda komandasına kömək edə bilməyəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbər Sport.es saytında yer alıb.

Lionel Messi 26 sentyabr tarixində “Las Palmas” klubu ilə oyunda dizindən zədə alıb. Futbolçunun sağalma prosesi gecikdiyindən onun “El klasiko”da meydana çıxmayacağı bildirilir.

Hələ də qaça bilməyən futbolçu fizioterapevt nəzarəti altında müalicəsini davam etdirir. Qaçış hərəkətlərinə başlayandan sonra isə Argentina yığmasının üzvünün sıraya dönməsi üçün daha 3-4 həftə lazım olacaq.

İspaniya La liqasının 12-ci turu çərçivəsində “Real Madrid” – “Barselona” oyunu 22 noyabr tarixində keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

“Las Palmas” ilə oyunda zədələnən Lionel Messi …read more

From:: ANS