Bu banka növbəti təyinat yalan çıxdı (VİDEO)

“Bank Technique” ASC-nin idarə heyətinə təyinat olması barədə xəbərlər yayılıb.

ANS PRESS-in məlumatına görə, KİV-lər İlham Bahadurovun bankın İdarə Heyətinin sədrinin müavini təyin olunduğunu bildirirlər: “Bundan öncə İ. Bahadurov uzun müddət ərzində adıçəkilən bankda müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri isə “Yeni Həyat” filialının direktoru olub”.

Mövzu ilə bağlı “Bank Technique” ASC-nin mətbuat xidmətindən bildirdilər ki, bu məlumat doğru deyil.

“hazırda idarə heyəti formalaşmadığı üçün rəhbər və müavinin təyin edilməsi də mümkün olmayan məsələdir: “Bankda ilk olaraq idarə heyəti formalaşır, daha sonra onun rəhbəri və müavini. Dəyişikliklər olduğu halda mətbuata məlumat veriləcək”.

Eldar Cəfərovun bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilməsi ilə əlaqədar isə, Molbulak Bank olmayan Maliyyə Təşkilatından bunun doğru olmadığını bildirdilər: “Eldar Cəfərov bu gün də öz işinin başındadır və heç bir yerə də təyin edilməyib”.

Etibar Əliyev- Bankın Müşahidə Şurasının sədri

Oktyabr ayının 27-də bankın Müşahidə Şurasının sabiq rəhbəri Etibar Əliyev öz əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən bankın Müşahidə Şurasının sədri təyin edilib.

Məlumata görə, E.Əliyev həmin gün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedərək öz rəhbər postuna əyləşib.

Onun vəzifələrini icra edən Rövşən İsmayılov isə oktyabr ayının 17-də işdən çıxarılması ilə bağlı ərizə yazıb və ərizə qəbul edildiyi üçün elə həmin gün işdən azad edilib.

E.Əliyev uzun müddət adıçəkilən bankın Müşahidə Şurasına rəhbərlik edib və 2012-ci ilin mart ayında bu vəzifədən azad edilib. Elə həmin il də E.Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunub. Onunla birgə bankın digər bir neçə vəzifəli şəxsi də tutulub.

…read more

From:: ANS