Rahat yatmaq üçün 6 vasitə (FOTO)

Çoxumuzun şikayət etdiyi problemlərdən biri yuxusuzluqdur. Mütəxəssislər bunun səbəbini fərqli izah edirlər. Əsas səbəb kimi adətən qeyri-sağlam qidalanma və stress göstərilir.

ANS PRESS yuxuya getməyinizi asanlaşdıracaq 6 üsul təqdim edir. Tövsiyyə edilən bu içkiləri yatmazdan əvvəl içməklə yuxu probleminizi aradan qaldıra, keyfiyyətli yuxu yata bilərsiniz.
Unutmayın ki, keyfiyyətli yuxu sağlam orqanizm və gümrah gün deməkdir.

1.Vanilli süd

İşəcəyiniz 1 stəkan südə vanil çubuğu əlavə edin. Vanilin sakitləşdirici xüsusiyyəti yuxuya getməyimizə kömək edəcək.
Zövgə görə, vanillə birgə çubuq darçından da istifadə oluna bilər. Bu içki yatmazdan yarım saat əvvəl qəbul edilməlidir.

2.Mədəni rahatlaşdıran nanəli çobanyastığı çayı

Bu iki bitkidən təşkil olunmuş ləzzətli çay yuxudan əvvəl həm mədənizdəki yeməklərin həzm olunmasına kömək edəcək, həm də sinirlərinizi sakitləşdirəcək. Nanənin ətrindən xoşunuz gəlmirsə çayınıza 1-2 çay qaşığı bal əlavə edə bilərsiniz.

3. Təzə sıxılmış albalı şirəsi

Tərkibində olan yüksək melatonin sayəsində albalı və gilas suyu yuxu gətirməklə yanaşı yuxunun keyfiyyətini də artırır.

Kiçik bir məsləhət: 20 gilas və ya albalı dənəsi 1 kasa qatıqla blenderdən keçirib yesəz daha tez yuxuya gedə bilərsiz.

4. Pişikotu

20 q. pişikotunu 5 q. razyana, 5 q. zirə və 20 q. nanə qurusu ilə qarışdırın. Qarışımdan 1 çay qaşığı götürərək üzərinə 1 stəkan qaynar su töküb dəmləyin. Bu məhlul yuxu gətirən ideal vasitələrdən biridir. Zövgə görə bal da əlavə etmək olar.

5. Ballı süd

Yuxu gətirən ənənəvi üsullardan biridə süd və baldır. Yatmazdan əvvəl içəcəyimiz 1 stəkan ballı süd yuxunun daha keyfiyyətli olması üçün xeyirlidir. Bu qarışımın yanında 25 q. badam yemək də məsləhətdir.

6. Bananlı süd

İlıq halda içilən bananlı süd yuxugətirici içkilərdən hesab olunur. Bunun üçün 1 bananı çəngəllə əzib 1 stəkan südə qatmaq kifayətdir.

…read more

From:: ANS