Bu qış canımız daha tez isinə bilər

Havaların normadan soyuq olması ilə əlaqədar istilik sistemləri vaxtından öncə işə salına bilər.

Bu barədə “Azəristiliktəchizat” ASC – nin abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev ANS PRESS-ə məlumat verib.

Onun sözlərinə görə, ölkədə istilik mövsümü ənənəvi olaraq noyabrın 15-də başlayır, ancaq havaların kəskin soyuması baş verərsə, yəni, 5 gün ard-arda temperatur 8 dərəcədən aşağı olarsa, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına uyğun olaraq qış mövsümünə daha da tez başlanıla bilər”.

Qurum rəsmisi deyib ki, ötən il də havalar tez soyuduğundan evlərdə istilik sistemi tez işə salınmışdı.

Rafiq Əliyev – “Azəristiliktəchizat” ASC – nin şöbə müdiri

İstiiyə görə qiymət artımı məsələsinə gəldikdə isə, o, hələlik bunun gündəmdə olmadığını və heç bir dəyişiklik gözlənilmədiyini deyib.

Şöbə müdiri bir müddət əvvəl isə qiymətlərin aşağı olması ilə bağlı açıqlama verib: “Qiymətlərin artımı məsələsinə Tarif Şurası tərəfindən kompleks şəkildə baxılmalıdır. Bu tariflərin müəyyən olunmasında həm əhalinin sosial vəziyyəti, həm də digər enerji daşıyıcılarının da qiymətləri mütləq nəzərə alınmalıdır. Hazırda istilik enerjisi tarifləri 1 kvadrat metr yaşayış sahəsi üçün 15 qəpikdən hesablansa da, bu çox aşağı rəqəmdir. Ona görə də qiymətlərin artımı məsələsinə baxılmalıdır”, – deyə o, əlavə edib.

Onun sözlərinə görə qiymətlər 2011-ci ildə Tarif Şurasının qəbul etdiyi qərara uyğun olaraq təyin edilir. Amma istilik tariflərinin qiymətinin artırılmasının dəqiq bəlli deyil. …read more

From:: ANS