Azərbaycanlı milyarderin oteli satıldı

Azərbaycanlı milyarderə məxsus otel satıldı. ANS PRESS-in məlumatına görə, AST Telmana məxsus olan dünyanın ən dəbdəbəli otellərindən biri hesab edilən “Mardan Palace”nin yeni sahibi bəlli olub. Milyard dollarlıq otelin yeni sahibi Halk Bankdır.

Məlumata görə, Antaliyadakı otelin icradan satışı bu gün gerçəkləşib. 719 milyon lirəya (təqribən 257 milyon dollar) satışa çıxarılan otel üçün bank 360 milyon 50 min lirə (129 milyon dollar) ödəniş edib.

Bu 7 ulduzlu otel uzun müddət idiki maliyyə problemləri ilə üz-üzə idi.

Satış səhər saat 10:00-da başlayıb və qısa zamanda yekunlaşıb.

Əldə edilən məlumata görə, Halk Banka ilk olaraq otelin borclu olduğu Garanti Bankı ilə hesablanacaq və 207 milyon lira onun hesabına keçiriləcək.

Satış barədə sənəd

Otelin satışı uzun müddətdir gündəmdə olan məsələ olub. Bir neçə ay öncə bu möhtəşəm otelin hərraca çıxarılacağı barədə xəbərlər yayılmışdı. Lakin Telman İsmayılov (AST) icra idarəsinə olan 100 milyon dollarlıq borcu ödəyəcəyini bildirib. Milyarderin bu öhdəliyi qəbul etməsi ilə otelin satışı dayandırılıb. T.İsmayılovun borcunun 68 milyon dollar civarında olduğu bildirilirdi. İş adamı 100 milyon dollarlıq borcunu 4 il ərzində illik 25 milyon dollar olaraq ödəyəcəkdi.

Otelin daxildən və xaricdən görüntüsü

İş adamından borcunu ala bilməyən “Halkbank” rəsmi orqanlara müraciət edərək haqqını tələb etmişdi. Nəticədə icra iş adamının otelini hərraca çıxarmaq haqqında qərar qəbul etmişdi. Ancaq otelin satışına razılıq verməyən Azərbaycan əsilli iş adamı rəsmi olaraq borcu ödəyəcini bildirib.

Azərbaycanlı milyarderin oteli “Mardan Palace” 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı.

Telman İsmayılov Monika Belluçi ilə

1,5 milyardlıq otelin açılışından kadr

Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.

Son zamanlar Rusiyada yaşayan azərbaycanlı milyarder Telman İsmayılovun maliyyə problemləri yaşadığı …read more

From:: ANS