Azərbaycanda səs vermək istəyən cütlüyə hücum oldu

“Beyləqanda seçki nümayəndələrinin huşsuz vəziyyətdə aşkarladığı 1959-cu il təvəllüdlü Natiq Nəcəf oğlu Quliyevin vəziyyəti hələ də ağırdır. O, hələ də danışa bilmir”.

Bunu ANS PRESS-ə açıqlamasında Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov deyib. Onun sözlərinə görə, dünən günorta saatlarında xəstəxanaya gətirilən əlil Natiq Quliyev baş nahiyəsinin küt alıb. Ona başında zərbə endiriblər:

“Onsuzda əvəllər də Natiq Quliyevin nitq qüsurları vardı. O, parkinson xəstəliyindən əziyyət çəkirdi. İndi isə heç danışa bilmir. Ona görə də hüquq-mühafizə orqanları ondan hansısa məlumat ala bilmirlər. Hazırda reanimasiya şöbəsində yardım göstərilən xəstə özü-özünə danışmağa çalışır. Lakin onun cümlələri anlaşılan deyil”.

Dünən günorta saatlarında beyləqanda seçki nümayəndələri əlil olan Natiq Quliyevin Beyləqan rayon SMD-42 küçəsində yerləşən evinə seçki qutusu apardıqları zaman onun həyat yoldaşı, 3 saylı orta məktəbin müəlliməsi Səbahət Quliyevanın meyitini, Natiq Quliyevin isə huşsuz vəziyyətdə olan bədənini aşkarlamışdılar. Səbahət Quliyeva baş nahiyəsindən aldığı zərbədən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Beyləqan Rayon Polis və Prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. N. Quliyevin izahat verə bilməməsi hüquq-mühafizə orqanlarının işini çətinə salıb. …read more

From:: ANS