Misirə tətilə gedənlərin meyitlər gətirildi (FOTO)

Misirin Sinay yarımadası üzərində baş vermiş təyyarə qəzası nəticəsində ölən rusların meyitləri ölkəsinə təhvil verilmək üçün yola salınıb. ANS PRESS-in məlumatına görə, 162 nəfərin meyiti təyyarə ilə Sankt-Peterburq şəhərinə Pulkova hava limanına gətirilib.

Meyiti tapılanlar arasında qəzanın simvoluna çevrilən 10 aylıq körpə də var. Rusiya mətbuatının məlumatına görə, 10 aylıq Darya “Airbus A321″nın ən kiçik sərnişini olub.

10 aylıq Darina

Artıq meyitlər olan ilk avtomobil morqa yola salınıb.

Təyyarənin vurulduğu və ya qəzaya uğradığı sualı üzərində isə müxtəlif fikirlər səsləndirilməkdə davam edir. Rusiyanın hava nəqliyyatı agentliyinin rəhbəri Aleksandr Neradko təyyarənin havada parçalandığını bildirsə, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Viktor Soroçenkoya görə hələlik səbəbin nə olduğunu açıqlamaq tezdir.

Hazırda faktla bağlı istintaq araşdırması gedir. Rəsmilər indi qədər 163 nəfərin meyitin aşkarlaya bildiklərini deyiblər.

Misirdən Sankt Peterburqa uçan təyyarə oktyabrın 31- də uşuş həyata keçirib. Lakin təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. “Airbus A321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində, ümumilikdə 224 nəfər ölüb.
Qəza ilə bağlı Rusiyada matəm elan edilib.

Hadisə baş veən ərazi

Sankt Peterburq ilk meyitləri belə qarşıladı …read more

From:: ANS