Egey dənizində yenə uşaqlar öldü

Egey dənizində iki miqrant gəmisi batıb.

ANS PRESS-in məlumatına görə, faciə Yunanıstanın Sisam (Samos) adası sahillərində baş verib.

İlk gəmi faciəsində 6-sı uşaq olmaqla 7 nəfər həyatını itirib.

Məlumata görə, Bulamaç adası yaxınlarında isə iki miqrantın cansız bədəni tapılıb.

Digər bir gəmidə təhlükəli səyyahətə çıxan miqrantlar fırtınaya düşdüyü üçün qəza baş verib. Nəticədə 10 nəfər həyatını itirib. Bir qızın cansız bədəni isə dəniz sahilinə çıxıb.

Egey dənizinə çıxan uşaq cəsədləri

Sahil təhlükəsizlik xidmətlərinin əməkdaşları 15 nəfəri xilas edə biliblər. Bu qəzadan isə 4 uşağın həyatını itirdiyi bildirilir. Bir həftə ərzində isə 60 dan çox miqrant dənizdə boğulub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının rəqəmlərinə görə, bu ilin əvvəlindən bəri 580 min 125 qaçqın Yunanıstan sahillərinə keçməyi bacarıb.

Ümumilikdə isə Avropa dövlətləri miqrantlarla bağlı addımlar atlamağa çalışsalarda dənizdə baş verən faciələrin önünə keçə bilmirlər. Sadəcə öz dövlət sərhədlərini qorumaq üçün onları bağlı saxlayırlar.

Oktyabrın əvvəlində isə Serbiyanin Presova şəhərində qeydiyyat üçün uzun növbədə gözləməli olan qaçqınların sənədlərini qaydasına saldıqdan sonra Qərbi Avropa ölkələrinə sərbəst keçidinə şərait yaradılacağı bildirilirdi.

Sisam adasının xəritəsi

ABŞ və Avropadan olan könüllülər qaçqınlara humanitar yardım məqsədilə Presovaya gəlib.

Havanın getdikcə soyumasına baxmayaraq Türkiyədən Yunanıstanın Lesbos adasına rezin qayıqla son dərəcə təhlükəli dəniz səyahətinə çıxan insanların ardı-arası kəsilmir.

Miqrant böhranından çıxış yolu Avropa Birliyi ölkələrinin rəhbərlikləri arasında ziddiyyətli mövzuya çevrilib. Almaniya qaçqınlara sərhədini açdığı halda, Macarıstan əksinə onların qarşısını almaq üçün Serbiyayla sərhəddə tikanlı məftillər qurur. …read more

From:: ANS