Putin jurnalistə sərt cavab verdi (VİDEO)

Putin mətbuat konfransında qalmaqallı jurnalist Kseniya Sobçakin Çeçenistanla bağlı sualına isə sərt cavab verib.

ANS TV-nin məlumatına görə, Putin Çeçenistan lideri, Ramzan Kadırovun bir müddət əvvəl polis və hərbçiləri qətlə yetirən terrorçuların yaxınlarının məsuliyyətə cəlb olunması və ya ölkədən çıxarılması barədə ünvanlanan suala cavabında “Kadırov çıxışında emosionallığa yol verdiyini” deyib.

“Kadırovun terroristlərin Çeçenistanda yaşayan qohumlarına göstərdiyi münasibət başa düşüləndi. Belə olan halda başqa münasibəti gözləmək olmazdı. Heç kim məhkəmənin qərarı olmadan kimisə günahkar saya bilməz. Terror törədənlərin qohumları onların hərəkətindən həmişə xəbərdar olur. Mən bunu uzun illərin təcrübəsindən çıxış edərək deyirəm. Amma bu heç kimə o cümlədən Çeçenistanın rəhbərliyinə icazə vermir ki, emosional açıqlamalar etsin. Onun bu sözləri səsləndirməyə haqqı yoxdu. Evləri yandıranların, digər terror hadisələri törədənlər maskada olub. Bütün bu faktları aydınlaşdırmaq lazımdır ki, onlar kim olub”, deyə Putin bildirib.

…read more

From:: ANS