Seçkilərdən sonra etirazlar başladı (FOTO,VİDEO)

Türkiyədə seçkilər qurtardıqdan sonra polislə etirazçılar arasında toqquşmalar baş verib.

ANS PRESS-in məlumatına görə, ən güclü ixtişaş Diyarbəkir şəhərində yaşanıb.

Polis etirazçılara dağılmaq barədə xəbərdarlıq edib. Buna məhəl qoymayan etirazçılar polisə hücum ediblər. Təhlükəsizlik qüvvələri daş atan nümayişçilərə bibər qazı ilə müdaxilə etmək məcburiyyətində qalıb.

Etirazların davamı Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir nümayəndəliyinin qarşısında baş tutub.

Şanlıurfa şəhərinin Siverek rayonunda da seçki nəticələri açıqlandıqdan sonra şəhərin bir çox nöqtəsindən silah səsləri eşidilib. Silahlı insident nəticəsində bir nəfər qolundan yaralanıb.

Diyarbəkirdə etirazlar

Bu gün ölkədə seçkilər keçirilirdi. İğtişaşlar kürdyönümlü HDP-nın tərəfdarları tərəfindən təşkil edilib. HDP son iki seçkilərdə 10 faizlik baryeri aşaraq Türkiyə parlamentinə millət vəkili göndərə bilib.

Amma bu gün keçirilən təkrar parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib.

AKP parlamentdə 310-dan çox yer əldə edib. Hökuməti formalaşdırmaq üçün minimum 276 səs tələb olunur.

Səslərin 95%-i hesablandıqdan sonra AKP -nin 49,4% səs topladığı açıqlanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3% səs alıb.

7 iyun 2015-ci il seçkilərində AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı. …read more

From:: ANS