Azərbaycanda parlament seçkiləri baş tutub (YENİLƏNİR)

“Azərbaycanda seçkilər baş tutub”

ANS PRESS-in məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib ki. “Seçicilərin 55, 7 faizi səs verib və seçkilər baş tutmuş sayılır”

Səsvermə saat 19:00-da bitib.

Seçici fəallığını göstərən qrafik

Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll”un ilkin nəticələrini açıqlayıb

***19:20***
Azərbaycanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

ANS PRESS-in məlumatına görə, səsvermə prosesi Bakı vaxtı ilə saat 19:00 sona çatıb.

Gün ərzində seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) heç bir şikayət daxil olmayıb. MSK sədrinin müavini Natiq Məmmədovun sözlərinə görə, MSK-ya daxil olan müraciətlərin hamısı sorğu xarakterli olub.

Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

Azərbaycanda səs vermə prosesinə səhər saat 8:00-da Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Daha əvvəl isə MSK-nın sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

Mərkəzi Seçki Komissiyasının mətbuat konfransı

Parlament seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 200 minə yaxın olub. Milli Məclisdə ki, 125 yer uğrunda seçkilərdə 767 namizəd mübarizə aparır ki, bu da bir yerə təxminən altı namizədin iddia etməsi deməkdir. Ən çox namizəd olan dairədə 12, ən azı namizəd olan dairədə isə 3 namizəd var.

Seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə “Azadlıq-2015” seçki bloku ilə iştirak edir.

Bu ilki Parlament seçkilərində 5 siyasi partiya , 1 seçki bloku ,qruplar və fərdi şəkildə namizədlər iştirak edir.

1000 seçki məntəqəsinə veb-kameralar quraşdırılıb. MSK-nın saytına daxil olmaqla hər bir şəxs məntəqələrdəki seçki prosesini izləmək hüququna sahib idi. Seçkilərdə asayişin təmin olunması üçün məntəqə və dairələrdə polis gücləndirilmiş iş rejimində çalışıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılıb.

Seçkilərdə asayişin təmin olunması üçün məntəqə və dairələrə polis qüvvələri …read more

From:: ANS