Qərbin Putinə ilk hədiyyəsi

Misirdə qəzaya uğrayan Rusiyanın sərnişin təyyarəsinin havada partladığı təsdiqlənib.

ANS PRESS-in məlumatına görə, bu barədə hadisə yerində olan qəza ilə bağlı yaradılan komisiyanın nümayəndəsi deyib.

Misir prokurorluğu isə beynəlxalq komissiyanın təyyarənin qara qutusunun analizinə başladığını bəyan edib.

Araşdırma komissiyasının tərkibinə Misirdən, Rusiyadan və Fransadan olan mütəxəssislər daxildir. Rusiyaya məxsus təyyarə Misirdə qəzaya uğradıqdan sonra hadisənin terror və ya sadəcə aviaqəza olması barədə suallar yaranmağa başladı.

Rusiya və Misir rəsmilərinin açıqlamalarında təyyarənin texniki nasazlıq nəticəsində qəzaya uğradığını dedilər. Amma qəzadan bir neçə saat sonra hadisənin terror aktı olması barədə məlumatlar yayılmağa başladı. Terror aktı barədə ilk məlumatlar Qərb mətbuatında öz əksini tapdı. “Reuters” terrorçuların “Twitter”də yaydığı məlumata əsaslanaraq bildirdi ki, təyyarə İŞİD tərəfindən vurulub. Terrorçular “Twitter”də yazdıqları statusda bu təyyarənin vurulmasını Rusiyanın cəzalandırılması kimi göstərdilər.

Qəzaya uğrayan A321 təyyarəsinin qalıqları

“Bizim əsgərlər Sinay yarımadası üzərində Rusiya təyyarəsini vurublar. Təyyarədə 200-dən çox rus sərnişin uçurdu. Hamısı öldürülüb. Bununla biz Rusiyaya göstərdik ki, onların və müttəfiqlərinin başlarına nələr gələ bilər. Onlar heç vaxt islam torpağında və onun hava məkanında təhlükəsizlikdə olmayacaqlar. Bizim üzərimizə hücum etdikləri üçün cəzadan qaça bilməyəcəklər”, – deyə silahlıların sosial şəbəkədə yazılan statusunda bildirilir.

Belə versiyaların yaylımasına səbəb Misirin Sinay yarmadasının bir neçə ildir ki, İŞİD-in nəzarətində olmasıdır. İŞİD-in özünü “İslam dövlətinin Sinay əyaləti” adlandıran döyüşçüləri Misir höküməti ilə mübarizə aparır. İŞİD terror qruplaşması müasir standartlara uyğun ağır silahlara və artleriya qurğularına sahib olsa da, 9 min metr yüksəklikdən uçan Rusiya təyyarəsini vura biləcək raket qurğusunun olması real görünmür.

Qəzaya uğrayan Rusiya təyyarəsinin hərəkət istiqaməti

Məlumatı yayan Qərb mətbuatı hadisəni dünyaya İŞİD-in Rusiyaya qarşı hüçumu kimi təqdim etdikdən sonra hərbi ekspertlərin dilindən yaydıqları məlumatların nə qədər düzgün olduğunu araşdırmağa başladılar. İngiltərəli hərbi ekspertlər Devid Lermon, Çarlz Lister və Maykl Qorovis isə İŞİD …read more

From:: ANS