400 il yağış düşməyən səhra gülüstan oldu (FOTO)

Yer kürəsinin ən quru səhrasını görənlər gözlərinə inana bilmirlər. Buna səbəb isə boz qumlu səhranın al əlvan güllərə qərq olmasıdır.

ANS PRESS-in məumatına görə, Atakama səhrası Yer kürəsinin ən quru səhrası hesab edilir. Çilidə yerləşən bu səhra artıq çiçəklərlə örtülüb.

Bu təbiət hadisəsinin yaşanmasına səbəb isə Əl Nino təbiət hadisəsi olub. Qasırğanın təsiri ilə bölgədə yağan intensiv yağışlar quraq torpağı canlandırıb. Bölgəyə bir gün əzində 14 illik yağış norması düşüb. Təbiətin bu şıltaqlığından sonra səhrada sarı, qırmızı, bənövşəyi və ağ çiçəklər görünməyə başlayıb.

Çiçək tarlasına dönən səhranı ziyarət etmək üçün minlərlə turist bura ziyarətə başlayıb.

Atakama səhrasına 173 ay bir damla yağış düşməyib. Buna görə səhranın adı rekordlar kitabına da düşüb.
Səhranın bəzi yerlərində yağıntı on ildə bir dəfə düşür. Çilinin Antofaqasta regionunda orta yağıntı miqdarı ildə 1 mm təşkil edir. Hətta tarixboyu bəzi dövrlərdə Atakamada bəzi meteostansiyalar yağış qeydə almayıb. Məsələn, 1570-ci ildən 1971-ci ilə qədər Atakamada əhəmiyyətli yağıntı qeydə alınmayıb. Bu səhrada ən aşağı hava rütubətliliyi 0 % təşkil edib.

Əl Nino təbiət hadisəsinin (bu qlobal okean atmosfer hadisəsidir) yaratdığı isdici effekt quraqlıqlara, bəzi ərazilərdə isə şiddətli yağışlata, daşqınlara səbəb olur. …read more

From:: ANS