Gürcüstan Rusiyadan bir az da uzaqlaşdı

Avropa Parlamenti bu gün Strasburqda keçirilən plenar iclasında Gürcüstanla-Avropa İttifaqı arasında imzalanmış Assosiasiya Müqaviləsini ratifikasiya edib.

ANS PRESS-in məlumatına görə, deputatların 490-u sənədin lehinə, 76-sı isə əleyhinə səs verib. 57 deputat səsverməyə qatılmayıb.

Parlament üzvləri eyni zamanda Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edən qətnamə də qəbul ediblər. Qətnamədə tanınmamış Abxaziya ilə Rusiya arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsi pislənir. Qətnamə 491 səs lehinə, 84 səs əleyhinə, 63 səs bitərəf olmaqla qüvvəyə minib.

Avropalı deputatlar Gürcüstanı islahatları tezləşdirməyə çağırıblar. …read more

From:: ANS