İcra başçısı səs verdi (FOTO)

V çağırış Azərbaycan Parlamentinə keçirilən seçkilərdə bu saata kimi bir milyondan çox insan iştirak edib. ANS PRESS-in məlumatına görə, günortadan sonra aktivlik müşahidə edilən yerlərdən biridə 51 saylı Qusar DSK-nın əhatə etdiyi məntəqələrdir.

Qusarı ölkə paramentində təmsil edəcək deputatın seçilmə prosesini bu şəhərindəki 1 və 2 saylı seçki məntəqələrində, Çiləgir kəndindəki 48 saylı məntəqədə izlədik. Səhər saatlarında seçki fəallığı passiv olsa da, günorta saatlarında seçicilərin fəallığı müşahidə olunur. Qusarlı seçicilər səs verdikləri namizədin həmişə sadə xalqla ünsiyyətdə olmasını arzu edirlər.

Adıçəkilən məntəqədə 6 namizəd deputat kürsüsü uğrunda mübarizə aparır.
51 saylı DSK-nın sədri Cəlil İbrahimovun sözlərinə görə, 10 seçki məntəqəsində veb kameralar quraşdırılıb. 62 məntəqə daimi fəaliyyət göstərir. Bütün məntəqələrdə seçki fəallıqı müşahidə olunur.

Səs verənlər arasında Qusarın İcra başçısı Şair Alxasov da olub. İcra başçısı kimə səs verdiyini açıqlamasa da, layiqli namizədi seçdiyini deyib.

Seçkilərlə bağlı Qusar polisi gücləndirilmiş iş rejiminə keçib. …read more

From:: ANS