Lənkəran seçiciləri fəallığı ilə seçilir (VİDEO)

Lənkəranda seçkiləri xarici müşahidəçilər də izləyib.

ANS TV-nin məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı Lənkəran rayonunda mövcud olan 4 seçki dairəsi üzrə 116 seçki məntəqəsində 21 namizəd 4 yer uğrunda mübarizə aparır.

73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 28 seçki məntəqəsində seçicilərin sayı 35 min 133 nəfərdir.

Lənkəran şəhər seçki dairəsinin sədri Kərim Heydərov bildirib ki, dairə seçki komissiyasına bu vaxta qədər heç bir məntəqədən və ya namizəddən şikayət daxil olmayıb. Dairədən 6 nəfər 1 yer uğrunda mübarizə aparır. Ümumiyyətlə isə aktivlik yaxşıdır.

Bu dairə üzrə 12 məntəqədə veb kamera quraşdırılıb. Çətin hava şəraitində səsverməyə gələn seçicilər seçəcəkləri namizəddən çox şey gözləyirlər.

Leysan yağışlara baxmayaraq Lənkəranda səhər saatlarında kifayət qədər seçki fəallığı müşahidə olunur. Seçkiləri yerli müşahidəçilərlə yanaşı, xarici müşahidəçilər də izləyir.

Almaniyadan olan müşahidəçi Elizabet Aitman məqsədlərinin seçkilərin necə keçirilməsini izləməkdən ibarət olduğunu deyib. Müşahidələrdən sonra isə nəticələr açıqlanacaq.

Bildirilir ki, Lənkəranda ümumi seçicilərin 9,2 % səsvermədə iştirak edib.

…read more

From:: ANS