“Leonardo Di Kaprioya görə əziyyət çəkirəm” (FOTO)

İsveç vətəndaşı Konrad Annerud qısa bir zamanda mətbuatın və “İnstagram”ın ulduzuna çevrilib.

ANS PRESS-in məlumatına görə, xarici görünüşcə məşhur aktyor Leonardo Di Kaprioya bənzəyən 21 yaşlı barmen artıq bir sıra məşhur jurnallara müsahibələr verir, açıqlamalarla gündəmə gəlir.

Konrad Annerud özü isə bu məşhurluqdan əziyyət çəkdiyini söyləyir: “Məni küçədə “Leo” çağırmaqları çox zaman əsəblərimə toxunur. Bir tərəfdən də xoşdur. Axı Leo yaraşıqlı oğlandır.”

Konrad Annerud

Leonardo Di Kapriodan yaşca iki dəfə kiçik olsa da, nədənsə hələ də bu 21 yaşlı oğlanı onunla səhv salanlar var. Konrad deyir ki, İsveçdə ona münasibət İtaliyadakı qədər səs-küylü deyil. Bu yay İtaliyada baş verənləri Konrad indi təbəssümlə xatırlasa da, o zamankı əhvalı heç də təbəssüm doğurmurmuş: “Qaldığım evə hücum edir, şəkil çəkdirmək istəyir, bütün günü qışqırırdılar. Elə bir an olmuşdu ki, əsəbimdən saçlarımı qırxmaq istəmişdim.”

Hazırda Konradın “İnstagram”da 42 mindən artıq izləyicisi var.

Leonardo di Kaprio və Konrad Annerud

Bir çox məşhur ulduzların oxşarı var. “Real Madrid”in forvardı Kriştianu Ronaldunun oxşarı türkdür. ABŞ prezidenti Barak Obamanın oxşarı həmyerlimiz Asif Mustafayevdir.

Leonardo Di Kaprio ik dəfə “Oskar” mükafatına namizədliyi də 19 yaşında ikən “Qilbert Qreypi nə qıcıqlandırır?” adlı filmdəki roluna görə irəli sürülüb. “Avator” və “Qanlı almaz” filmlərindəki rolları da daxil olmaqla, 3 dəfə “Oskar”a namizədliyi irəli sürülsə də, Leonardo di Kaprio hələ bu mükafatı ala bilməyənlərin siyahısındadır.

Aktyora dünya şöhrəti gətirən rolları isə 1995-ci ildə “Romeo və Cülyetta”, 1997-ci ildə isə “Titanik” filmlərində canlandırdığı obrazlar olub. …read more

From:: ANS