MSK seçicilərin sayını açıqladı

“Noyabrın 1-də keçiriləcək parlament seçkilərində ölkədə 5 milyondan artıq insanın səs verməsi üçün bütün şərait yaradılıb”.

ANS PRESS-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə hazırlığın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bütün işlər Təqvim Planına uyğun olaraq həyata keçirilib. 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb.

Bu da hər dairəyə təqribən 6 namizəd deməkdir. Dairələrdə ən az 3, ən çox isə 12 namizəd var. Seçicilərin rahat şəraitdə səs verməsi üçün də lazım olan hər şey həyata keçirilir”.

MSK sədri qeyd edib ki, 7 partiya “Azadlıq-2015” bloku, 15 siyasi partiya isə birbaşa seçkilərdə iştirak edəcək: “Bu, ölkədə parlament seçkilərinə olan marağın göstəricisidir”. Məlumatı MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında qeyd edib.

…read more

From:: ANS