Prezident bu nazirliklərə 2 il vaxt verdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə dəyişikliklərə əsasən, “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli sərəncamının 5-ci hissəsində və 7.2-ci bəndində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilir.

Belə ki, Daxili İşlər Nazirliyi,Ədliyyə Nazirliyi , Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vəDövlət Miqrasiya Xidməti bu sərəncamın, müvafiq olaraq, 1 – 4-cü hissələrində nəzərdə tutulan işlərin şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədilə görülən tədbirlərlə bərabər aparılmasını və 2017-ci il yanvarın 1-dək (bundan əvvəl 2015-ci il dekabrın 1-dək) başa çatdırılmasını təmin etməlidirlər.

Nazirlər Kabinetinə isə bu sərəncamın 1 – 4-cü hissələrində nəzərdə tutulan işlərin 2017-ci il yanvarın 1-dək (bundan əvvəl 2015-ci il dekabrın 1-dək) başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin etmək tapşırılır.

Sərəncamın 1 – 4-cü hissələrində Daxili İşlər Nazirliyinə şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinin təkmilləşdirilməsini, onların zəruri proqram-texniki vasitələrlə təchiz olunmasını; “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra – İAMAS) şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsini; şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilən və dəyişdirilə bilən məlumatlarda dəyişikliklər edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını; Dövlət Sərhəd Xidməti ilə birlikdə, şəxsiyyət vəsiqəsi ilə ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrinin proqram-texniki vasitələrinin təkmilləşdirilməsini; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, şəxsiyyət vəsiqələrinin …read more

From:: ANS