“Mən də onunla eyni taleyi yaşamışam”

Paralimpiya çempionu Aynur Məmmədova dirsəkdən aşağı qolu olmayan uşağı zirayət edib.

Bu barədə idmançı özü ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, burada qeyri-adi heç bir şey yoxdur. Bu, sadəcə, Allahın işidir və heç kimin haqqı yoxdur ki, onun işinə qarışsın:

“Heç kim o uşağın dərdini çəkməsin. 35 il bundan əvvəl mən doğulanda da deyiblər ki, bu qızın gələcəyi necə olacaq. Amma indi baxın mənə. Mən həmin qızam – Azərbaycanın fəxri! Eləcə də o qız böyüyüb, görün, nə qız olacaq, inşaallah”.

Parataekvondo üzrə 3 qat dünya çempionu Aynur Məmmədova qüsurlu doğulan uşağa baş çəkərkən yaşadığı hisslərdən danışdı.

“Xəbəri saytların birində təsadüfən gördüm. Dərhal həmin ailəyə baş çəkəcəyimi, onlara təsəlli verəcəyimi dedim. Elə də oldu. Düzdür, ünvanı tapmaqda bir az çətinlik çəkdim, xəstəxanadan ünvanı vermək istəmədilər. Oğlumla birgə durub xəstəxanaya getdim. Doğuşu həyata keçirən Kəmalə xanımla görüşdüm, kim olduğumu bildi, dərhal ünvanı verdilər”.

Aynur deyir ki, qarşıda duran əsas məsələ həmin ailənin onu necə qarşılayacağı idi. Amma xanım idmançı geri çəkilməyib. Dükandan uşaq üçün bir-iki geyim, bir də tort alıb, yollanıb Xırdalana, uşağın yaşadığı ünvana:

“Mən elə bilirdim onlar məni tanıyacaqlar. Amma yox. Bizi qapıda nənə qarşıladı, balaca Dilək isə yatmışdı. Bir az söhbət edəndən sonra kimliyimi və anadangəlmə mənim də həmin tale yaşadığımı nənəyə danışdım. Bunu biləndə, nənənin gözləri doldu, məni qucaqlayıb ağladı, məni də kövrəltdi. Özümü toparladım və dedim:

“Mənim bu ailəyə gəlməyimdə məqsədim budur ki, siz o uşaq haqqında çox fikir etməyəsiniz. Gəldim, özümü sizə tanıdım ki, biləsiniz, Dilək tək deyil və dünyaya elə-belə gəlməyib. O, Allahın bir möcüzəsidir. O, sizə ruzi-bərəkət gətirəcək. Vaxt gələcək hamınınız onunla fəxr edəcəksiniz”, – deyə paralimpiya çempionu bildirdi.

Aynur Məmmədova deyir ki, uşaq olanda səni ələ salırlar, bir qolun yoxdur deyə, səninlə dostluq etmirlər, bu qızı alan olmaz, bunun gələcəyi necə olacaq deyə çox kəlmələr eşidirsən. Amma gərək, heç kimin sözlərinə fikir verməyəsən, əksinə, …read more

From:: ANS