İran hökuməti ilk qadın səfir təyin etdi

İran İslam respublikası xarici ölkəyə ilk qadın səfir təyin edib. ANS PRESS-in məlumatına görə, yeni səfir bütün dünya ictimaiyyətinin yaxından tanıdığı bir simadır. İranın “İSNA” xəbər agentliyi Xarici İşlər nazirliyinin sözçüsü Mərziyə Əfhamın Malaziyaya səfir göndərildiyini bildirib.

Artıq 33 ildir ki, İran Xarici İşlər nazirliyində fəaliyyət göstərən Mərziyə Əfham 2013-cü ildə İslam respublikası XİN-in ilk qadın sözçüsü kimi dünya ictimaiyyətinin qarşısına çıxmışdı. “İSNA” bildirir ki, Cavad Zərif bu təyinatı ilə ölkədəki 36 illik səddi yıxıb.

Mərziyə Əfham və İranın XİN rəhbəri Cavad Zərif

İran İslam respublikasının prezidenti Həsən Ruhani Mərziyə Əfhamın bu günkü dünyanın gedişindən xəbərdar bir xanım olduğunu demişdi.

Mərziyə Əfham 1962-ci ildə İranın paytaxtı Tehranda dünyaya gəlib. “Əllamə Tabatabai” və “İslami Azad” universitetlərindən məzun olub. Sərbəst şəkildə ingilis və fransız dillərində danışa bilir.

30 milyona yaxın əhalisi olan Malaziya xalqının əksəriyyəti müsəlmandır və bu ölkənin bəzi əyalətləri İslam şəriəti ilə idarə olunur. …read more

From:: ANS