Cem Yılmaz rekord vurdu (FOTO)

Türkiyənin məşhur şoumeni Cem Yılmaz rekord vurub.

ANS PRESS-in məlumatına görə, komik aktyor Türkiyədə “Twitter”-də ən çox izləyici sahibi olub. Populyar aktyorun 10 milyon izləyicisi var. Cem Yılmaz 10 milyonuncu izləyicisinə 13 noyabrda “Ali Baba və 7 cücələr” filminin premyerasına iki nəfərlik bilet hədiyyə edib.

Cem Yılmaz “YouTube”da da ən populyar türk sayılır. Onun 1 milyondan çox izləyicisi var.

Cem Yılmazın “Twitter” hesabı

Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejissordur.

Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulda anadan olub. Sənət həyatına 1992-ci ildə “Leman Kültür Merkezi”ndə başlayıb, Leman karikatura jurnalında (Leman Dergisi) karikaturaçı rəssam olaraq çalışıb.

“Leman Kültür Merkezi”ndə yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını “Beşiktaş Kültür Merkezi”ndə davam edib. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir. 2012-ci ildə Ahu Yağtu ilə evlənib, 1 ildən sonra boşanıblar. Kamal adında 1 oğlu var.

Cem Yılmazın “YouTube” hesabı …read more

From:: ANS