Bakıda ödəmə terminalını qarət edən rus saxlanıldı

Paytaxt Bakıda oğurluq edən şəxs polis tərəfindən yaxalanıb. ANS PRESS-in məlumatına görə, ələ keçirilən şəxs Bakı şəhərindəki ödəmə terminallarından birini qarət etməkdə şübhəli bilinir. Bakı şəhər baş polis idarəsinin cinayət-axtarış idarəsi və Xətai rayonu 37-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ödəmə terminalı yağmalayan şəxs saxlanılıb. Xocalı prospektində quraşdırılan ödəmə terminalından 1100 manat oğurlayan Bakı şəhər sakini Andrey Pavlenko artıq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS