2 jurnalistin başı kəsildi (FOTO)

Türkiyənin Şanlıurfa ərazisində, 2 Suriya əsilli jurnalistin kəsici alətlə boğazları kəsilərək öldürülüb. Suriyalı jurnalistlərin cinayətində şübhəlilərin tutulması üçün axtarış tədbirləri davam etdirilərkən 7 nəfər suriyalı nəzarətə götürülüb.

ANS PRESS-in məlumatına görə, Şanlıurfada həftəlik nəşr olunan “Ayn Vatan” qəzetinin baş redaktoru İbrahim Abdulkadir ilə müxbiri Firaz Hamadi bıçaqla boğazları kəsilərək öldürülüb. Suriyalı jurnalistlərin İŞİD üzvləri tərəfindən öldürüldüyü zənn edildiyi halda, 7 nəfər nəzarətə götürülüb.

Hadisə günorta saatlarında Atatürk Məhəlləsində baş verib. Suriyadakı daxili döyüşdən qaçaraq Şanlıurfaya yerləşən və kirayəyə götürdükləri evdə birlikdə qalan jurnalistlər İbrahim Abdulkadir ilə Firaz Hamadi, şəxsiyyətləri müəyyən olunmayan şəxs və ya şəxslər tərəfindən bıçaqla boğazları kəsilərək öldürülüb. Evə gələn yaxınları, onları boğazları kəsilmiş vəziyyətdə görüncə, polisə məlumat verilib.

Qətlə yetirilmiş Firaz Hamadi

Hadisə yerinə gələn polislər jurnalistlərin öldüyünü müəyyən edib. Eyni zamanda Azad Suriya Ordusuna üzv olduqları iddia edilən suriyalı jurnalistlərin cəsədi ekspertizaya göndərilib. Yaxınlarının suriyalı jurnalistlərin İŞİD əleyhinə xəbərlər dərc etdikləri üçün qətlə yetirildiyi bildirilir.

Qətlə yetirilmiş İbrahim Abdulkadir

Hadisə ilə bağlı cinayət işi aparılır, polis bölgədəki müşahidə kameraları qeydlərini araşdırmağa başlayıb.

İfadələri alınması üçün cəsədləri ilk görən şəxslər

…read more

From:: ANS