Hərbi yük maşını qatarla toqquşub, xəsarət alan var

Bu gün MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu – avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. …read more

From:: ANS