Orta məktəb şagirdini maşın vurdu

Tovuzda məktəblini avtomobil vurub. Hadisə rayonun Əyyublu kəndində baş verib.

Tovuz Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hazırlıqdan qayıdan 2001-ci il təvəllüdlü, Düz Qırıqlı kənd sakini Mürsəl Elman oğlu Məmmədov yolu keçmək istəyərkən Şəmkir sakini Arzu Əliyev idarə etdiyi “VAZ 21011” markalı avtomobillə onu vurub. Sürücü xəsarət alan məktəblini öz avtomobilinə qoyaraq dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Xəstəxanadan bildirdilər ki, Mürsəl Məmmədov xəstəxanaya gətirilən vaxt vəziyyəti çox ağır olub. Hazırda uşaq xəstəxananın reanimasiya şöbəsində müayinə edilir. Vəziyyəti orta ağır olaraq qalır.

Hadisəyə səbəb havanın yağışlı olması və sürücünün şagirdi görməməsi olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oktyabr ayının 15-də Tərtər rayonunda məktəb şagirdinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon sakini 2002-ci il təvəllüdlü Nərgiz Elşad qızı Məmmədova yolu keçmək istəyərkən Şükran adlı sürücünün idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.

Sürücü xəsarət alan orta məktəb şagirdini öz avtomobilinə qoyaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib amma xəsarətləri ağır olduğu üçün Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Hadisənin azyaşlı hazırlıqdan evə qayıdarkən baş verdiyi bildirilirdi. Nərgiz Məmmədova orta məktəbin 7-ci sinif şagirdidir. …read more

From:: ANS