Bakının əldən verdiyi pullar

Azərbaycan otellərində son illərdə qiymətlərin nisbətən azalması və xidmət səviyyəsinin yüksəlməsinə baxmayaraq, ölkəyə turizm yollayışı ilə gələn turistlərin sayı ildən ilə azalmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, statistika son 10 ildə ölkəyə gələn turist sayının periodik azaldığını göstərir. Məsələn, 2008-ci ildə Azərbaycana turist yollayışı ilə gələnlərin sayı 19,2 min təşkil etdiyi halda, 2014-cü ildə bu göstərici 10,6 minə düşüb. Yəni azalma təxminən iki dəfəyə qədər olub.

Bunun əksinə, ölkədən xaricə turizm yollayışı ilə gedən turistlərin sayı isə ildən ilə artıb. Məsələn, 2008-ci ildə Azərbaycandan xaricə 40,3 min nəfər turizm yollayışı ilə səfər etmişdisə, 2014-cü ildə bu say 81,6 minə qalxıb. Yəni gedənlərin sayı təxminən 2 dəfə artıb və beləliklə, ölkədən gedən turistlərin sayı ölkəyə gələnlərin sayından 8 dəfə çoxdur.

Azərbaycana gələn və gedən turistlərin sayı (nəfərlə)

Mənbə: Dövlət Statistika Komitəsi

Bunu Azərbaycan xidmət sektorunun 8 dəfə çox vəsait itirməsi saymaq olar. İstənilən halda, Azərbaycan kimi turizmi prioritet kimi seçmiş bir ölkə üçün ən azından ölkəyə gələn və gedən turistlərin sayının təxmini bərabər olması daha məsləhətli olardı. Arzu olunan variantda isə, Azərbaycan da Türkiyə və İsrail kimi region ölkələrinə bənzəməlidir və gedənlərdən dəfələrlə çox turist qəbul etməlidir.

Son illərin dinamikası göstərir ki, Azərbaycanın bu arzuya çatması çox çətindir. Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin birinin rəhbəri, İqtisad Universitetinin əməkdaşı Elxan Vəliyevin fikrincə, Azərbaycandan xaricə turist axının ildən- ilə artmasının səbəblərindən bir qərb ölkələrində alış-veriş edənlər üçün taks-fri güzəşti tətbiq edilməsidir.

Paris hava limanının taks-fri kassası

Taks-fri xarici müştəriyə ölkəni tərk edərkən aldığı əşyalara xərclədiyi əlavə dəyər vergisinin məbləğinin geri qaytarılmasıdır. Hazırda dünyanın 50-yə yaxın ölkəsində xarici turistlərə taks-fri ödənir. Müştərilərə ödənən məbləğ alış-verişə xərclənən vəsaitin 7-22%-ni təşkil edir. Azərbaycan turistlərinin çox getdiyi Britaniyada bu, 20 faizdir və pulu Hitrou hava limanında almaq mümkündür. Azərbaycanlı turistlərin, demək olar ki, əksəriyyəti bu imkandan yararlanır, Bakı …read more

From:: ANS