Müdafiə nazirindən qələbə bəyanatı (FOTO)

“Düşmənlərimiz artıq vahimə içindədir, qorxurlar. Biz bu işi davam etdirəcəyik. Biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik”. ANS PRESS-in məlumatına görə, bunu xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir deyib ki, qısa müddət ərzində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçular xalqımız naminə, Vətən uğrunda döyüşərək düşmənə sübut etdilər ki, Azərbaycan əsgəri və silahı qarşı tərəfdən qat-qat güclüdür, üstündür.

Z.Həsənov ilin sonunadək hərbi hissənin istifadəsinə yeni iki bina da veriləcəyini deyib. Gələn ilin əvvəlində isə daha iki bina hazır olacaq. “Çalışacağıq ki, qısa bir müddətdə sizin bütün sosial problemləriniz həll olunsun. Yeni hərbi şəhərcik də hazır olmaq üzrədir və onun da açılışını ilin sonunadək həyata keçirməyi planlaşdırırıq”.

Mənzillərin açarları şəxsi heyətə təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər.

Hərbçilər üçün bina

Yeni tikilən beşmərtəbəli hər biri 3 otaqlı ümumilikdə 100 mənzilli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Müasir standartlara cavab verən tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub. Ərazidə yarımstansiya, 200 kubmetr tutumlu su anbarı tikilib, binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət edib.

Nazir Zakir Həsənov ağac əkir

Zakir Həsənov çay süfrəsi arxasında

…read more

From:: ANS