Azəri qızı Günelin ailəsində ağır itki baş verib (FOTO)

Türkiyənin sevilib seçilən müğənnilərindən olan Azəri qızı Günelin ailəsində ağır itki baş verib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı müğəninin nənəsi Zərifə Sultan dünyasını dəyişib. İfaçı bu barədə “İnstaqram” hesabında məlumat paylaşıb.

“Nənəm, sən mənim sırdaşım, sən mənə hər şeyi danışan, adət-ənənəni başa salan, hətta Ağdamda olan hadisələrdən danışan idin. Bunları bil deyərdin… Sən “nəvələrim arasında səninlə fəxr edirəm” deyən, xəbərlərim qəzetdə çıxan zaman qaçıb qəzeti alıb saxlayan… Gecə 4-də mənə ürəyim istədi deyə ən sevdiyim kartof qızartması bişirən… Səhərə qədər söhbətlər etdiyim nənəm, mən səni çox sevirəm! Nur içində yat nurlu nənəm. Sən bizim birdənəmizdin. Sənin üçün çox darıxacağıq”.

Azəri qızı Günelin “İnstaqram”da paylaşdığı şəkil

Oktyabrın 26-də 30 yaşı olan Günel 100 qonağı ilə birlikdə yubileyini qeyd edib. Bu mərasimə Türkiyənin tanınmış simaları da qatılıb.

Günel Zeynalova 1985-ci ildə Ağdam şəhərində anadan olub. Tanınmış türk müğənnisi, türk musiqisinin imperatoru olan İbrahim Tatlısəsin Bakıda verdiyi konsert zamanı ifa etdiyi mahnı ilə onun diqqətini cəlb edib. Bundan sonra Tatlısəs onu özü ilə birlikdə Türkiyəyə aparıb və müğənni kimi formalaşmasında yaxından iştirak edib.

Günel özü ilə tanışlıqları haqqında xatirələrində belə deyib: 1998-ci ildə İ.Tatlısəsin Azərbaycanda konsertinə ailəm ilə birlikdə getmişdik. Ona pərəstiş edirdik. Yeganə məqsədim ondan avtoqraf almaq, qardaşımın onun mahnısını ifa etməsini nümayiş etdirmək idi. Mən o zaman uşaq idim. Səhnənin düz önünə kimi gede bildim və “İbo” deyə qışqırdım. O mənim səsimi eşitdi və “nə var? ” deyə sual verdi. Məndə ona mahnı oxumaq istədiyimi dedim. Daha sonra səsimi bəyəndiyi üçün albom hazırlamağı təklif etdi. Bir ay sonra İstanbula getdik. İbrahim Tatlısəs mənəvi atam kimidir”.

Günelin ad günündən foto …read more

From:: ANS