“Azərbaycan reytinqdə irəliləyib” (VİDEO)

Azərbaycanın Dünya Bankının Doinq Biznes hesabatında mövqeyin yaxşılaşmasında əmlakın qeydiyyatı ilə bağlı aparılan islahatların böyük rolu olub.

ANS TV-nin məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov BMT-nin dəstəyi ilə təşkil olunan konfransda bildirib. Daşınmaz əmlak qeydiyyatının sadələşməsi, reytinqdə yüksək qiymətləndirilib:

“Azərbyacan 189 ölkə arasında apardığı qeydiyyat məsələlərinə görə, ilk onluğa daxil olub. Bu məslələrə qeydiyyat sistemində sənədlərin sadələşdirilməsi, bu sahədə informasiya texnologiyalarının tətbiqi, elektronlaşmanın aparılması və vətəndaş məmnunluğunun təmin edilməsidir”.

Hazırda Əmlak Komitəsi 31 elektron, 3 SMS və 3 onlayn xidmət göstərir. Bu xidmətlərdən indiyədək 260 minə yaxın vətəndaş yararlanıb. Keçirilən konfransda da elə daşınmaz əmlak, təcrübə mübadilələrinin aparılması, eyni zamanda bu sahədə mövcud olan problemlər müzakirə olundu.

…read more

From:: ANS