Zərdabinin su problemi həllini tapdı (VİDEO)

Qubanın Zərdabi kəndinin sakinləri su sarıdan aydınlığa çıxıb. Kənddə iki artezian su quyusunun açılışı olub.

ANS TV-nin məlumatına görə, yayın istisində Qubanın ən iri yaşayış məntəqələrindən olan Zərdabi qəsəbəsinin sakiniləri susuzluqdan əziyyətli günlər yaşayıblar.

Quba rayonunun rəhbərliyi əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq problemin həlli üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qarşısında məsələ qaldırıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti icra başçısının müraciətini müsbət həll edərək qəsəbədə iki artezian su quyusu qazdırıb.

Bu gün qəsəbədə yeni subartezian quyularının istismara verilməsilə bağlı açılış mərasimi keçirlib. Yayda susuzluqdan şikayət edən Sona Allahveridyeva isə bu gün qəsəbəyə su verilməsində əməyi olan hər bir kəsə minnətdarlıq edir:

“İndi istəyirəm ki, suyumuz bol olsun. Eyni zamanda qəsəbəyə su verilməsində əməyi olan hər bir kəsə minnətdaram”.

Subartezian quyularının açılışında rayon rəhbərliyi və “Azərsu” ASC-nin rəsmiləri iştirak edib.

Zərdabi qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi 3900 nəfər sakinin içməli suya olan təlabatının ödənilməsinə hesablanıb.

Açılış mərasimdə iştirak edən “Azərsu” ASC-nin Birləşmiş Su Kanal MMC-nin rəsmisi Etibar Məmmədov bu tipli layihələrin respublikanın digər rayonlarında da həyata keçirildiyini söylədi. “Azərsu” rəsmisi əhalini suyun haqqını vaxtında odəməyə də çağırdı:

“Kənddə suyun kifayyət qədər olmamasının səbəbləri var. Ümumiyyətlə Zərdabi kəndində əhali istifadə etdiyi suyun dəyərini ödəmirlər. Əhali işlətdiyi suyun ödənilməsində fəal olsunlar”.

“Azərsu” rəsmisi əhalinin suya olan tələbatının daha keyfiyyətli ödənilməsi üçün layihələrini davam etdirdiklərini bildirdi.

…read more

From:: ANS