Putin: Kiyev sülh istəyirsə…

Rusiya Ukraynada münaqişə tərəfləri arasında dialoqun başlaması üçün vasitəçi kimi çıxış edə bilər. ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əgər Kiyev sülhü bərpa etmək istəyirsə Donbas sakinlərinin maraqlarına hörmət etməlidir və onlara təzyiq göstərməməlidir.

Putin çərşənbə gününə planlaşdırlmış girovların mübadiləsi prosesinin də Kiyevin üzündən baş tutmadığını deyib.
“Kiyev çıxmalı olduğu ərazilərdən, o cümlədən Donbas hava limanından birləşmələrini çıxarmır”.

O, qeyd edib ki, Ukrayna prezidenti Petro Poroşenko hazırkı böhranlı vəziyyətdən çıxış üçün yollar axtarır. “Şübhəsiz ki, Ukrayna münaqişənin həllini istəyir. Mənim də onların buna çalışmasına şübhəm yoxdur. Amma konkret addımlar lazımdır.
Biz digər rəsmi şəxslərdən hərbi bəyanatlar eşidirik”.

“Rusiya iqtisadiyyatında baş verənlər Krıma görə ödədiklərimizdir?” sualına cavabında isə Putin bunun millət və dövlət kimi qorumaq istəyinə görə ödədikləri dəyər olduğunu deyib. “Söhbət Krımdan getmir. Söhbət ondan gedir ki, Rusiya öz suverenliyini, yaşamaq hüququnu qoruyur”.

…read more

From:: ANS