Türmədə narkobarondan görünməmiş fırıldaq (FOTO)

Braziliyada 36 il azadlıqdan məhkum edilən məşhur narkobaron Antonio Felipe türmədən qaçmağın ilginc üsüluna əl atıb.

ANS PRESS-in məlumatına görə, Felipe rezin maskadan və mürəkkəb qrimdən istifadə edərək yaşlı qadın simasında türmədən qaçıb.

Braziliyada narko ticarətə görə həbs edilən məhbus bu vəziyyətdə maneəsiz olaraq kameranı tərk edə bilib. Yüksək artistlik qabiliyyəti göstərən narkobaron türmənin bir neçə nəzarət məntəqəsindən məharətlə keçərək əsas qapıya yaxınlaşıb.

Sifətini 80 yaşlı qadına çevirməyi bacaran məhbus bir şeyi nəzərə almayıb. İslahedici müəssisənin əsas qapılarına çatdıqda narkobaronu yüksək boyu ələ verib. Felipe planında bunu nəzərə almayıb.

Antonio Felipe yaxalanan zaman

Polislər yaşlı qadının yüksək boyundan şübhələnərək ondan sənəd tələb edib və hansı məqsədlə islahedici müəssisədə olduğu soruşulub. Yalanın üstü axtarış vaxtı açılıb, hərçənd koloniyanın əməkdaşları qaçaqla üz-üzə söhbət etdikləri zaman da sona qədər onun kişi olduğuna fikir vermirdilər. Felipe gücləndirilmiş mühafizə altında kameraya qaytarılıb. Hazırda faktla bağlı istintaq aparılır.

Felipenin istifadə etdiyi maska

Məhkumun həbsxananı belə rahat tərk etməsi bir neçə nəzarətçinin cəzalanması ilə nəticələnə bilər. İstintaq Antonio Felipenin belə rahat şəkildə necə əsas qapıyadək gəlib çıxmasını araşdıracaq.

Qeyd edək ki, bir neçə ay bundan qabaq Meksikada məşhur narkobaron El Çapo ləqəbi ilə tanınan Xoakín Quzman ciddi rejimli həbsxanadan tunel vasitəsilə qaçmağa nail olmuşdu. Xoakín Quzman Meksikanın sərt rejimli Altiplano həbsxanasının tualetindən lağım ataraq azadlığa qovuşmuşdu.

Məhşur narkobaronun həbsxanadan qaçışı ona 50 milyon dollara başa gəlib. Bura həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxildir.

Brazilya xəritədə …read more

From:: ANS