Ermənilər belə güllələndi (VİDEO)

Rusiyanın Başqırdıstan vilayətinin Salavat şəhərində yerləşən avtoservislərin birində yeddi erməninin güllələnməsi müşahidə kamerasına düşüb.

ANS PRESS-in məlumatına görə, səbəbi bəlli olmayan mübahisə nəticəsində düşən atışmada bir erməni hadisə yerində ölüb. Ölən səxs avtoservisin sahibi A. Sarkisyandır. Onun yanında olan altı nəfərdən ikisinin vəziyyəti agırdır.

Silahlı insidentdən qabaq xəsarət alan şəxslərlə maskalılar arasında yolda qəza səbəbindən mübahisə yaranıb. Mübahisə iştirakçılarından biri travmatik silahdan havaya bir neçə dəfə atəş açıb. Daha sonra münaqişə avtoservisdə davam edib.

Yerli polis də tərəflər arasında mubahisənin baş verən yol nəqliyyat qəzasının mobil telefon vasitəsi ilə çəkilməsinə görə baş verdiyi bildirilir.

Kameralarda 8 nəfər maskalı şəxsin maşınlrla erməni biznesmenə məxsus olan avtoservisə gəldiyi görünür. Bir müddət işəridə atəş açdıqdan sonra gələnlər qaçaraq ərazini tərk edir. Faktla bağlı araşdırma aparılır.

Öldürülən A. Sarkisyanın atası Hamlet Sarkisyan bildirib ki, əgər hücumun sifarişçiləri 24 saat ərzində polis tərəfindən tutulmasa, o, “voroşılov atıcısı” olacaq. Erməninin sözlərinə görə, o, oğlunun qatillərini özü taparaq cəzalandıracaq.

Başqırdıstan vilayəti …read more

From:: ANS