Rusiyada yeni Azərbaycan bazarı

“Rusiyanın bütün şəhərlərində Azərbaycanın ərzaq məhsullarının satıldığı dükanlar açmaq lazımdır”.

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Ümumi Palata Komissiyasının sədr müavini, siyasətçi Sergey Markov deyib. Onun sözlərinə görə, Azərbaycan fermerləri yetişdirilən meyvə və tərəvəzlərdə kimyəvi maddələrdən və gübrələrdən sui-istifadə etmirlər.

“Bu ölkənin kənd təsərrüfatı məhsullarının keyfiyyəti yüksəkdir və asanlıqla Türkiyədən olan məhsullarla rəqabət aparırlar”, – deyən Markov həmçinin bildirib ki, bu məhsulların müsbət cəhətlərindən ən birincisi odur ki, onlar pestisidlərdən həddən artıq istifadə edilməklə korlanmayıb.

Sergey Markov – Rusiyanın Ümumi Palata Komissiyasının sədr müavini

Ümumi Palata Komissiyasının sədr müavini Sergey Markovun sözlərinə görə, bu sahənin inkişafı üçün Rusiyada kifayət qədər imkanlar var. “Mühüm məqamlardan biri odur ki, Azərbaycanın yanında “doymamış şimal bazarı” var. Burada həmin məhsullar bütün il boyu istehlak edilir”, – deyə Markov bildirib.

O, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasından da danışıb. Bildirib ki, Azərbaycanın bu ittifaqa qoşulması üçün ilkin şərait yalnız Türkiyənin bu birlikdə təmsil olunacağı halda yaranacaq.

“Yeri gəlmişkən, bu gün rəsmi Ankara Rusiya ilə gömrük ittifaqında işbirliyi etməkdə çox maraqlıdır. Aİİ-də Türkiyə də olarsa, bu, o deməkdir ki, Azərbaycanın ittifaqda artıq iki strateji və iqtisadi tərəfdaşı olacaq. Odur ki, belə olan halda, Azərbaycan mütləq orada olacaq”, – deyən siyasətçi Qərbin və Rusiyanın Azərbaycana qarşı olan münasibətindən danışıb, onları müqayisə edib.

“Əlbəttə, indi Azərbaycanın çətin vaxtlarıdır. Biz Qərbin Azərbaycana olan təzyiqini görürük. Lakin bu, qərbin tarixi imperiya-koloniya siyasətidir. Düzdür, Rusiya da imperiyadır, amma Rusiya ilə Qərbin siyasəti arasında böyük uçurum var – bizim heç vaxt koloniyamız olmayıb! Azərbaycan heç vaxt bizim koloniyamız olmayıb – biz həmişə eyni səviyyədə olmuşuq”, – deyə Sergey Markov fikrini izah edib.

Onun sözlərinə görə, Qərbin məqsədi Azərbaycanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur etməkdir. “Hətta baxmayaraq ki, Azərbaycanın bundan zərər görəcək. Çünki Rusiya ilə Azərbaycanın iqtsadiyyatı güclü şəkildə inteqrasiya olunub. Bundan başqa, Azərbaycanın Rusiyaya qarşı sanksiyalara …read more

From:: ANS