Ana böyrəyini qızına verdi

Astara rayon mərkəzi xəstəxanasında ilk dəfə böyrək köçürülmə əməliyyatı aparılıb.

ANS PRESS-in xəbərinə görə, rayonun Kijəbə qəsəbə sakini, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 27 yaşlı Vüsalə Babayevaya anası 49 yaşlı Nazilə Qəmbərovadan böyrək köçürülüb. Əməliyyatı, Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsi keçirib.

Əməliyyatın uğurla keçdiyi bildirilir. Hazırda xəstələr reanimasiya şöbəsindədir.

Canlıdan-canlıya orqan transplantasiyası təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. İlk köçürülən orqan isə böyrək olub. 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda Mirməmməd Cavadzadənin rəhbərliyi altında böyrək köçürmə əməliyyatı keçirilib.

Kimlər donor ola bilər?

Təbii ki, hər bir adam donor ola bilməz. Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədilə orqan və ya toxumaların götürülməsi qadağandır. Sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və və ya toxumaların götürülməsi qadağandır. Gizli inkişaf edən xəstəlikləri olan, şəkərli dabet xəstələri, güclü idarəolunmaz yüksək təzyiq, ürək çatışmazlığı olanlar, şiş xəstəliklərindən əziyyət çəkənlər, kimyəvi terapiya alanlar, hepatit B, C, immunçatışmazlığı virusu və irsi, yoluxucu xəstəliklərdən əziyyət çəkənlər də donor ola bilməz.

Bir sözlə, bütün patalogiyaları inkar edilkindən sonra xəstə donor ola bilər. Böyrək verən adamın çəkisi 75 kq-dan çox olmamalıdır, sağlam olmalıdır. Onun immunoloji uyğunluğu olmalıdır. Qadından kişiyə, kişidən qadına orqan köçürmək olar. Ən yaxşı nəticəni isə qohumdan götürülən böyrəklər verir. …read more

From:: ANS