Azərbaycan büdcəsini talayan şirkətlər

Noyabr yaxınlaşır və dünyanın əksər ölkələrində butiklər milad endirimlərinə hazırlaşdığı halda, həmişəki kimi bu il də bunun Bakıdakı brend mağazalarında müşahidə etmək mümkün olmayacaq.

ANS PRESS-in araşdırmasına görə, adətən Azərbaycan paytaxtındakı brend mağazalar ilin sonunda endirimlərlə bağlı verilən suallara oxşar yayındırıcı cavab verirlər: “Bizdə endirimlər Yeni il tətili günlərində olacaq”. Yeni il tətili günlərində isə endirimlər barədə soruşanda tam əksini söyləyirlər: “Qara cüməni deyirsiz? O, noyabrın sonunda olur axı”.

Brend dükanların əməkdaşlarının əslində bu cür cavabı da yayındırıcı olur. ABŞ-da 19-cü əsrin sonlarından başlamış milad endirimlərinin rəmzi sayılan “qara cümə” termini 1966-cı ildən işlədilir və milad endirimlərinin başladığı gün saylır. Adətən, noyabrın 4-cü cüməsinə düşən “qara cümə”də böyük müştəri aktivliyi müşahidə edilir. Amma endirimlərin özü isə yanvarın ortalarına qədər, yəni milad tətillərinin sonuna qədər davam edir.

Qərbdə milad endirimləri

ABŞ-dan bütün inkişaf etmiş ölkələrə yayılmış bu praktika geniş əhali kütləsinin lazımi geyim və məişət avadanlıqları, bəzi hallarda isə ərzaqla təminatında böyük rol oynayır. ABŞ-dan “qara cümə”də alış-veriş edənlərin sayı ilə artır. 2011-ci ildə Amerikada “qara cümə” mütərilərinin sayı 226 milyon nəfər olduğu halda, bu göstərici 2012-ci ildə 247 milyona, 2013-cü ildə isə 249 milyona qədər artıb. Həmin gün xərclənən pullar isə uyğun olaraq 2011-ci ildəki 52,5 milyard dollardan 59,1 milyard dollara (2012) və 61,4 milyard dollara (2013) qalxıb.

ABŞ “qara cümə”sinin bəzi göstəriciləri

Məhz bu artan rəqəmlər qərbdə şirkətlərin “qara cümə”yə ciddi cəhdlə hazırlaşmasına təkan verir. Şirkətlər artıq dəbi keçməkdə olan malların anbarlarda ölü kapitala çevrilməsindən bu cür yaxa qurtarırlar. Korporasiyalar milyardlarla dollar canlı kapital əldə edir. İstehlak malları istehsalçıları yeni sifarişlər alırlar, məşğulluq səviyyəsi artır və s.

Amma milad endirimlərinin bü qədər müsbət tərəflərinə baxmayaraq, transmilli geyim şirkətlərinin Bakıdakı brend mağazalarından 1-2 dükan istisna olmaqla, heç biri endirimə getmir. Marketoloq, iş adamı Aynur Cəfərova bu problemi həmin brend dükanların təmsil etdiyi brend şirkətlərlə heç bir əlaqəsi olmaması ilə izah edir: “Tanınmış …read more

From:: ANS