Masallıda canavar tutuldu

Masallıda həyətyanı sahədə diri erkək canavar tutublar.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, canavar rayonun Köhnə Alvadı kəndində saxlanılıb. Vəhşi heyvanı kənd sakini Ələddin Nağıyev tutub. Hadisə bu gün günorta saatlarında qeydə alınıb.
İlkin məlumata görə, heyvan yolunu azaraq kəndin ərazisinə girib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi idarəsi üzrə nümayəndəsi və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müfəttişi də hadisə yerindədirlər. Canavarda hər hansı yaralar və ya xəstəlik olmadığından tezliklə təbiətə buraxılacaq. …read more

From:: ANS