Cəbhə xəttində açılan atəş xariciləri təlaşa saldı

“Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsinə razılıqlarını təsdiqləyiblər.”

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin 26-28 oktyabr tarixlərində regiona səfərlərinin yekununa dair yaydıqları bəyanatda deyilir.

Onlar səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə, həmçinin Dağlıq Qarabağdakı de-fakto rəhbərliklə görüşdüklərini açıqlayıblar: “Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik. Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözləyirik”, – deyə bəyanatda bildirilir.

Bəyanatda həmsədrlər Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşdüklərini də bildiriblər: “Biz sülh prosesinin ayrılmaz hissəsi kimi bu münaqişədən əziyyət çəkən tərəflər arasında dialoqu müdafiə edirik və ermənilərlə azərbaycanlıları bir araya gətirəcək proqramları dəstəkləyirik. Biz həmçinin İrəvanda Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşdük və itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin həyata keçirilməsini müzakirə etdik. Həmsədrlər tərəfindən təmas xəttinin ənənəvi keçilməsindən dərhal sonra müəyyənləşdirməyin mümkün olmadığı tərəfdən davamlı atəşin açılması ATƏT-in monitorinq xidmətinin əməkdaşlarını gizlənməyə məcbur etdi. Tərəflər monitorinq heyətinin təhlükəsizliyini təmin etmək öhdəliyini üzərlərinə götürüblər. Bu hadisə sülh yolu ilə həll üçün əldə olunmuş nailiyyəti sarsıtmaq üçün qəsdən edilmiş səyi əks etdirir. Bu, həmçinin ATƏT-in atəşkəs rejiminin pozulmasını araşdırmaq imkanı əldə etməsinin vacibliyini göstərir”.

ATƏT-in Minsk qrupunun həmsədrləri.
Soldan sağa: İqor Popov, Pyer Andryo, Ceyms Uorlik

Ötən gün isə həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik prezident İlham Əliyevlə görüşüblər.

Görüşdə İlham Əliyev qeyd edib ki, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib. “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy məclislərində iştirak edən insanlar …read more

From:: ANS